Atletika üzrə Azərbaycan birinciliyinə start verilib

11 İyun 2021 14:48

Xəbər 404 dəfə oxunub

İyunun 11-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda 2006-2007-ci il təvəllüdlü yeniyetmələr arasında atletika üzrə ölkə birinciliyinə start verilib.Azərbaycan Atletika Federasiyasından Azərtac-a verilən məlumata görə, yarışda 8 komandanın heyətində 100-dən çox atlet iştirak edir.Çempionatda atletlər 100, 200, 400, 800, 1500 və 3000 metr məsafələrə qaçış, 4×100 metr məsafəyə estafet qaçışı, uzunluğa, hündürlüyə və üçtəkanla tullanma, eləcə də nüvəitələmə, lövhə atma, nizə atma yarışlarında qüvvələrini sınayacaqlar.xeber100.com