“Paris Sen-Jermen” (PSJ) klubu dövlətə 10 il müddətində 1,9 milyard avro gəlir gətirib.Azərtac xəbər verir ki, bu, klubun sifarişi ilə İdman Hüququ və İqtisadiyyatı Mərkəzinin (CDES) apardığı tədqiqatların nəticəsində müəyyən edilib. Bildirilib ki, Qatar İdman Sərmayələri (QSİ) şirkətinin gəlişindən sonra PSJ 2011-ci ildən ölkənin sosial və vergi sahələrinə 1,9 milyard avro köçürüb. Bu rəqəm futbolçuların, klubun ödədiyi vergiləri və onların sosial təşkilatların büdcələrinə köçürdüyü maddi yardımı əhatə edir.Qeyd edilib ki, PSJ 2019-2020-ci illərdə dövlətə 269,3 milyon avro gəlir gətirib. Bu məbləğin 182,2 milyon avrosu İl-dö-Frans (İle-de-France) regionunda yerli matçların keçirilməsi və infrastrukturun yaradılmasına sərmayə yatırımları ilə reallaşdırılıb. PSJ əməkdaşlıq etdiyi 800 şirkətdə yatırdığı sərmayələr vasitəsilə 2 min 150 daimi iş yeri yaradıb. “10 il ərzində PSJ dünya idman françayzlarından biri, xüsusilə də ən dinamiki olub”,-deyə PSJ-nin prezidenti Nasser Al-Khelafi bildirib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…