“Sivasspor” futbol klubu qapıçısı ilə yollarını ayırıb

17 İyun 2021 14:37

Xəbər 375 dəfə oxunub

Türkiyənin “Sivasspor” futbol klubu qapıçısı Mamadu Samassa ilə yollarını ayırıb.Azərtac xəbər verir ki, klub rəhbərliyi müqaviləsinin müddəti bitən 31 yaşlı futbolçuya xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.Qeyd edək ki, Samassa 2019-cu ilin iyunundan “Sivasspor”un uğurları üçün çalışıb. Mali yığmasının formasını geyinən qolkiper, daha əvvəl “Trua” və “Genqam” klublarında da çıxış edib.