İsveçrə – Türkiyə oyunu üçün hakim təyinatları açıqlanıb

18 İyun 2021 13:57

Xəbər 339 dəfə oxunub

Futbol üzrə Avropa çempionatının Bakıda keçiriləcək İsveçrə – Türkiyə oyunu üçün hakim təyinatları açıqlanıb.Azərtac xəbər verir ki, qarşılaşmanın idarə edilməsi Sloveniyadan olan hakimlər briqadasına tapşırılıb. Oyunun baş hakimi Slavko Vinçiç olacaq. Ona həmyerliləri Tomaz Klançnik və Andraz Kovaçiç kömək edəcəklər. Dördüncü hakim funksiyasını isveçli Andreas Ekberq yerinə yetirəcək. Videonəzarət sistemi (VAR) üzrə hakim isə almaniyalı Bastian Dankert olacaq.İyunun 20-də Bakı Olimpiya Stadionunda keçiriləcək İsveçrə – Türkiyə matçı saat 20:00-da başlayacaq.xeber100.com