Bu gün Parisdə Azərbaycan şahmatçısı Teymur Rəcəbovun da qatılacağı nüfuzlu “Grand Chess Tour” yarışının ikinci mərhələsi start götürəcək.Azərtac xəbər verir ki, turnir iştirakçıları üç gün ərzində rapid üzrə görüşlər keçirəcəklər. İyunun 21-də isə blits turniri baş tutacaq.Şahmatçımız bu gün ilk qarşılaşmasını Levon Aronyana (Ermənistan) qarşı keçirəcək. Sonrakı görüşlərdə Maksim Vaşe-Laqrav (Fransa), Alireza Firuzca (İran) ilə üz-üzə gələcək. Turnirdə şahmatçımız və adıçəkilən rəqiblərindən başqa, Fabiano Karuana, Uesli So (hər ikisi ABŞ), Maksim Vaşe-Laqrav, Etienne Bakrot (hər ikisi Fransa), Riçard Rapport (Macarıstan), Yan Nepomnyaşi, Vladimir Kramnik, Peter Svidler (hər üçü Rusiya) və Alireza Firuzca (İran) iştirak edirlər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…