Dünya çempionatının seçmə mərhələsinin dörddəbir finalında

24 İyun 2021 10:32

Xəbər 430 dəfə oxunub

Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsinin dörddəbir finalında qarşılaşacağı rəqibi müəyyənləşib.Azərtac xəbər verir ki, A qrupunun son oyununda Ukrayna komandasını 1:0 hesabı ilə məğlub edən son dünya çempionu Portuqaliya yığması dörddəbir finalda millimizin rəqibi olub.Qeyd edək ki, Portuqaliya – Azərbaycan oyunu iyunun 25-də Portuqaliyanın Nazare şəhərində keçiriləcək.xeber100.com