“Euro Cup 2021” turnirində qrup mərhələsinə yekun vurulub

14 İyul 2021 14:52

Xəbər 429 dəfə oxunub

Beynəlxalq Pro Clubun təşkilatçılığı ilə keçirilən kiberidman üzrə “Euro Cup 2021” (Avropa Kuboku 2021) turnirində qrup mərhələsinə yekun vurulub.Azərtac xəbər verir ki, Azərbaycan komandasının da iştirak etdiyi yarışda pley-offa vəsiqə qazanan ölkələrin adları məlumdur.Ölkəmizi təmsil edən FIFA oyunçularımız son turlarda Gürcüstan komandası ilə keçirdiyi hər iki oyunu heç-heçə ilə başa çatdırıb. Yekun nəticədə aktivində bir qələbə, 3 heç-heçə, 2 məğlubiyyət olan təmsilçimiz 6 xalla adını ən yaxşı 16 komanda sırasına yazdırmağı bacarıb.“Euro Cup-2021”də səkkizdəbir final mərhələsinin püşkatma mərasimi iyulun 15-i baş tutacaq.xeber100.com