“Azərpoçt” MMC Zəfər Günü və Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar olaraq növbəli iş rejimində vətəndaşlara xidmət göstərəcək.MMC-dən Azərtac-a bildirilib ki, noyabrın 8-i və 9-da Bakıda yerləşən Mərkəzi Poçt Şöbəsi saat 09:00-dan 18:00-a, 2 saylı poçt filialının 63 (MXŞ) saylı poçt şöbəsi saat 10:00-dan 17:00-a, 124, 138, 144 saylı poçt şöbələri saat 09:00-dan 17:00-a, 3 saylı poçt filialının 2 (MXŞ), 40 saylı poçt şöbələri saat 10:00-dan 17:00-a, 4 saylı poçt filialının 44 (Şəbəkə) saylı poçt şöbəsi saat 09:00-dan 17:00-dək işləyəcək.Bayram günlərində regionlarda yerləşən Müştəri Xidməti şöbələri saat 10:00-dan 17:00-a qədər vətəndaşlara xidmət göstərəcək.Adi günlərdə olduğu kimi, bayram günlərində də poçt şöbələrində əhaliyə poçt xidmətlərinin göstərilməsi – teleqramlar, məktublar, banderollar, bağlamalar, xüsusilə də bayram təbrikləri, əsgər göndərişləri, eləcə də pul köçürmələrinin qəbulu, kommunal xidmət haqlarının yığılması təmin ediləcək.
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…