Cari ilin mart ayında “Buta Airways” aviaşirkətinin uçuş marşrutları xəritəsinə, eyni zamanda, iki Rusiya şəhəri daxil ediləcək. Aviadaşıyıcı Heydər Əliyev Beynəlxalq Aeroportundan iki istiqamət üzrə – Kazan və Ufa şəhərlərinə xüsusi reyslərin açılması barədə elan edib.“Buta Airways” aviaşirkətinin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, hər iki istiqamətdə reyslər həftədə iki dəfə yerinə yetiriləcək.Bakı-Kazan-Bakı marşrutu üzrə uçuşlar martın 16-dan başlayacaq və həftənin çərşənbə və şənbə günləri həyata keçiriləcək. Bakı-Ufa-Bakı marşrutu üzrə uçuşlar isə martın 17-dən başlayacaq və həftənin cümə axşamı və bazar günləri yerinə yetiriləcək.Ölkədəki epidemioloji vəziyyətlə əlaqədar tətbiq olunan məhdudiyyətləri və qaydaları nəzərə alaraq aviaşirkət biletləri yalnız iki tarif üzrə təklif edir – “Standart” və “Super”. Hər iki tarifə ödənişsiz yer seçimi və hava limanında qeydiyyat daxildir.Həmin reyslərə biletləri “Buta Airways” aviaşirkətinin rəsmi saytından (“Super” və “Standart” tarifləri üzrə), həmçinin aviaşirkətin akkreditə olunmuş agentliklərindən (yalnız “Super” tarifi üzrə) əldə etmək mümkündür. Aviabiletlərin dəyəri 55 avrodan başlayır.Qeyd edilən reyslərə həm gediş, həm gəliş zamanı Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalında xidmət göstərilir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…