Cüdo üzrə “Böyük dəbilqə” turniri keçiriləcək

25 Yanvar 2022 15:30

Xəbər 369 dəfə oxunub

Fevralın 5-6-da Parisdə cüdo üzrə “Böyük dəbilqə” turniri keçiriləcək.Beynəlxalq Cüdo Federasiyasının saytı xəbər verir ki, turnirdə Azərbaycanın 8 cüdoçusunun iştirakı planlaşdırılıb. Belə ki, kişilər arasında Kəramət Hüseynov, Əhməd Yusifov (60 kq), Orxan Səfərov (66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (73 kq), Məmmədəli Mehdiyev (90 kq), Zelim Kotsoev (100 kq), Uşangi Kokauri (+100 kq) mübarizə aparacaqlar.Turnirdə iştirak etmək üçün indiyədək 59 ölkədən 380 idmançı qeydiyyatdan keçib.xeber100.com