“Sabah” klubu bu gün növbəti yoxlama matçına çıxacaq

25 Yanvar 2022 15:32

Xəbər 535 dəfə oxunub

Antalya təlim-məşq toplanışında olan Bakının “Sabah” klubu bu gün növbəti yoxlama matçına çıxacaq.Bakı təmsilçisi Serbiyanın “Mladost” komandası ilə üz-üzə gələcək. Bu, paytaxt klubunun Türkiyədə sonuncu yoxlama oyunu olacaq.Qeyd edək ki, “Sabah” bunadək “Pakş” (Macarıstan) və “Zarya” (Ukrayna) ilə görüşüb. Hər iki matç 1:1 hesabı ilə başa çatıb.xeber100.com