İsveç milli komandası XV Avropa çempionatının qalibi olub

31 Yanvar 2022 14:59

Xəbər 424 dəfə oxunub

Kişi həndbolçulardan ibarət İsveç milli komandası XV Avropa çempionatının qalibi olub.İsveçlilər Budapeştdə keçirilən qitə çempionatının finalında İspaniya yığmasına 27:26 hesabı ilə qalib gələrək kuboku başları üzərinə qaldırıblar.Bu qələbə ilə İsveç millisi kişilər arasında həndbol üzrə Avropa çempionatında beşinci dəfə qalib gəlməklə özlərinə məxsus əvvəlki rekordu yeniləyiblər. Fransa millisi üç, İspaniya, Almaniya və Danimarka yığmaları iki, Rusiya seçməsi isə bir dəfə Avropa çempionu adını qazanıblar.Qeyd edək ki, növbəti Avropa çempionatı 2024-cü ildə Almaniyada keçiriləcək.xeber100.com