Cüdo üzrə “Böyük dəbilqə” turniri start götürəcək

31 Yanvar 2022 15:07

Xəbər 395 dəfə oxunub

Fevralın 5-də Parisdə cüdo üzrə “Böyük dəbilqə” turniri start götürəcək.Beynəlxalq Cüdo Federasiyasının saytı xəbər verir ki, turnirdə Azərbaycanın 6 cüdoçusunun iştirakı planlaşdırılıb. Belə ki, kişilər arasında Kəramət Hüseynov (60 kq), Rüstəm Orucov, Hidayət Heydərov (73 kq), Məmmədəli Mehdiyev (90 kq), Zelim Kotsoev (100 kq), Uşangi Kokauri (+100 kq) mübarizə aparacaqlar.Yarış iki gün davam edəcək.Turnirdə iştirak etmək üçün indiyədək 58 ölkədən 344 idmançı qeydiyyatdan keçib.xeber100.com