Bədii gimnastika üzrə “Gracia Fair Cup” beynəlxalq turniri keçirilib

22 Fevral 2022 11:05

Xəbər 437 dəfə oxunub

Macarıstanda bədii gimnastika üzrə ənənəvi “Gracia Fair Cup” beynəlxalq turniri keçirilib.Azərbaycan Gimnastika Federasiyasının məlumatına görə, yarışda ölkəmizi fərdi və qrup hərəkətləri üzrə yığma komandamızın üzvləri təmsil ediblər.Bədii gimnastlarımız iştirak etdikləri 2022-ci ilin ilk beynəlxalq yarışında onlara bəslənilən ümidləri doğruldublar.Fərdi növdə böyüklər arasında İlona Zeynalova, gənclər arasında Gövhər İbrahimova çoxnövçülük proqramında uğurla çıxış edərək qızıl medal qazanıblar.Yarışda Nigar Xankişiyeva, Nərgiz Ramazanova, Zəhra Paşazadə, Fidan Yusifzadə, Səkinə İbrahimbəylidən ibarət qrup hərəkətləri üzrə yığma komandanın ikinci heyəti proqramını uğurla nümayiş etdirib.xeber100.com