Azərbaycan milli komandası bu gün növbəti yoldaşlıq oyununu keçirəcək

23 Fevral 2022 12:17

Xəbər 374 dəfə oxunub

Bakıda təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün növbəti yoldaşlıq oyununu keçirəcək.Millimiz hazırlıq çərçivəsində Birləşmiş Ərəb Əmirlikləri komandası ilə qarşılaşacaq. “Dalğa Arena”da keçiriləcək oyun saat 14:00-da başlayacaq.Komandalar arasında fevralın 20-də təşkil olunan oyunda yığmamız 4:0 hesablı qələbə qazanıb.xeber100.com