Bu gün Bakıda Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyası (ASK) və Hindistanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı “Make in İndia” adlı tədbir keçirilib.
“Report” xəbər verir ki, tədbirdə rəsmi şəxslərlə yanaşı, hər iki ölkədə fəaliyyət göstərən 70-dən çox iş adamı və KİV nümayəndələri iştirak ediblər.
Tədbirdə hər iki ölkədə sahibkarlığın mövcud vəziyyəti, investisiya, tərəfdaşlıq imkanları barədə təqdimatlar dinlənilib, gələcək əməkdaşlığa dair müzakirələr aparılıb.
Tədbiri giriş sözü ilə açan ASK-nın prezidenti Məmməd Musayev bildirib ki, hər iki ölkə arasında iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq imkanları böyükdür. Onun sözlərinə görə, hazırda Azərbaycanda sahibkarlığın inkişafı üçün əlverişli şərait yaradılıb.
Hindistanın Azərbaycandakı səfiri Sanjay Rana isə ölkəsi haqqında məlumat verərək deyib ki, ölkəsində 100-ə qədər smart şəhərlərin salınması qərara alınıb və bu da ölkəyə sərmayə qoyuluşu imkanlarını artırıb.
S.Rana bildirib ki, o, bu həftənin əvvəlində Lənkəran və Astarada olub və həmin şəhərlərlə Hindistanın şəhərləri arasında əməkdaşlıq perspektivləri araşdırılır.
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…