Cüdoçuların iştirakı ilə beynəlxalq təlim-məşq toplanışı keçirilir

26 Mart 2022 14:57

Xəbər 360 dəfə oxunub

Göygöl şəhərində yeniyetmə cüdoçuların iştirakı ilə beynəlxalq təlim-məşq toplanışı keçirilir.Göygöl Olimpiya İdman Kompleksində keçirilən təlim-məşq toplanışına Türkiyə, Almaniya, Macarıstan, Özbəkistan, Niderland və Sloveniyadan 100-dən çox yeniyetmə idmançı qatılıb. Hazırlıqda, həmçinin ölkəmizin müxtəlif rayon və şəhərlərindən klub, cəmiyyət və idman təşkilatlarından 200-ə yaxın cüdoçu iştirak edir.Martın 27-dək davam edəcək təlim-məşq toplanışında əsas məqsəd idmançıların bacarıqlarını təkmilləşdirməklə yanaşı, yaxın gələcəkdə beynəlxalq yarışlarda yüksək nəticə əldə etməkdir.xeber100.com