Formula 1 Rusiya Qran-Prisinin ləğvindən sonra təqvimdə müəyyən dəyişikliklər gözlənilir. Hazırda Soçidə keçirilməli olan yarışı əvəz edə biləcək Qran-prilər arasında seçim edilir.İspaniya mətbuatı xəbər verir ki, Formula 1 rəhbərliyi daha çox iki variant üzərində düşünür. Bunlar Portuqaliya və Türkiyə variantlarıdır. Xatırladaq ki, ötən mövsüm həm “Portimao”, həm də “İstanbul Park”da yarış təşkil edilmişdi.Formula 1-in rəhbəri Stefano Domenikali yaxın gələcəkdəki təqvimlə bağlı planlardan danışarkən hətta 30-dək Qran-Pri təşkil edə biləcəklərini deyib: “Fikrimcə, indiki zamanda 24 yarış təşkil etmək imkanımız var. Hətta siyahı 30 Qran-Priyədək artırıla bilər. Bütün dünyada Formula 1-ə olan marağı görürük. İndiki məqamda isə doğru balansı tapmalıyıq. Hazırda Formula 1 yarışı təşkil etmək istəyənlər arasında təkcə Las-Veqas ön sırada dayanmayıb. ABŞ və Çinlə yanaşı, Afrika qitəsində də Qran-prilərə ev sahibliyi etmək istəyən ölkələr var”.Xatırladaq ki, noyabrın 20-dək davam edəcək mövsümdə 23 yarışın keçirilməsi planlaşdırılır. Artıq Bəhreyn Qran-Prisi geridə qalıb və bu gün Formula 1 pilotları Səudiyyə Ərəbistanının Ciddə şəhərində mübarizə aparacaqlar.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…