Berlində şahmat üzrə FIDE Qran-Pri seriyasının üçüncü mərhələsi davam edir.Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov beşinci turda ABŞ təmsilçisi Leyner Dominqes ilə qarşılaşacaq. Şahmatçımız ötən 4 turda 2,5 xal toplayıb. O, hazırda öz qrupunda Leyner Dominqes ilə 1-2-ci pillələri bölüşür.Qeyd edək ki, B qrupunda digər şahmatçılar – almaniyalı Vinsent Keymer 2, Rusiya təmsilçisi Daniil Dubov 1 xal toplayıblar. Turnirdə ümumilikdə 16 şahmatçı iştirak edir.Yarışın əsasnaməsinə görə, seriyada ümumilikdə 24 idmançı iştirak edir. Hər bir şahmatçı seriyanın maksimum iki turnirində oynaya bilər. Oyunçular hər turnirin nəticəsinə görə Qran-Pri xalları qazanacaqlar. Oynadıqları iki turnirdə ən çox xal yığan iki şahmatçı 2022-ci il namizədlər turnirinə vəsiqə qazanacaq.Xatırladaq ki, Şəhriyar Məmmədyarov bundan əvvəl Belqradda keçirilmiş FIDE Qran-Pri seriyasının ikinci mərhələsində D qrupunda bütün görüşlərini heç-heçə ilə başa vurduğundan yarımfinala yüksələ bilməyib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…