Bakıda səfərdə olan yaponiyalı qadın sahibkarlar Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) üzvləri ilə görüşüblər. Görüşdə birgə əməkdaşlıq perspektivləri, qarşılıqlı ticarət və təcrübə mübadiləsi, Azərbaycanla Yaponiya arasında iqtisadi əməkdaşlığa töhfə verilməsi və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
AQSİA-dan Azərtac-a bildirilib ki, Yaponiyanın “Organic Halal VKSARA” kosmetik brendinin sahibi, iş xanımı Yumiko Nakano səfərin məqsədindən söz açıb. O deyib ki, Yaponiyada istehsal edilən ətriyyat məhsullarını Azərbaycan bazarında tanıtmaq məqsədilə Bakıya təşrif buyurublar: “Təkcə Azərbaycanda deyil, ölkənizin vasitəsilə məhsullarımızı türk və islam dövlətlərinə də idxal etmək niyyətindəyik. Bakıda mərkəzi ofis yaratmaq və regional satışlarımızı məhz buradan idarə etmək niyyətimiz var”.
Azərbaycan və Yaponiya arasında iqtisadi və ticari münasibətlərin inkişafının vacibliyindən bəhs edən AQSİA sədri bu xüsusda yapon iş xanımlarının ölkəmizə səfərini yüksək qiymətləndirib: “Bakı səfərinizin nəticələrinə nəzər yetirdikdə görürük ki, kifayət qədər məhsuldar görüşlər keçirilib. Bu, bir daha əminliklə söyləməyə əsas verir ki, sizin səfərinizlə Azərbaycan və Yaponiyanın xanım sahibkarları arasında uğurlu əməkdaşlığın təməli qoyulub. Əminəm ki, qarşılıqlı və faydalı işbirliyinə nail olacağıq”.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…