Azərbaycan Boks Federasiyasının məlumatına görə…

10 Avqust 2022 19:45

Xəbər 257 dəfə oxunub

Azərbaycan Boks Federasiyasının (ABF) prezidenti Sahil Babayev kişi və qadın boksçulardan ibarət milli komandaların üzvləri və məşqçilər korpusu ilə görüşüb.Federasiyanın mətbuat xidmətindən bildiriblər ki, görüşdə yığmaların hazırkı durumu, gələcək planları və hədəfləri barədə fikir mübadiləsi aparılıb, yüksək nailiyyətlərin əldə olunması yolları müzakirə edilib.Ölkəmizdə idmana, xüsusilə də boksa göstərilən dövlət qayğısından, bu sahədə həyata keçirilən yeniliklərdən, həmçinin maddi-texniki bazanın gücləndirilməsindən danışan federasiya rəhbəri bildirib ki, hər bir idmançıya federasiya tərəfindən lazımi dəstək göstəriləcək.S.Babayev müxtəlif yaş kateqoriyaları üzrə yığmaların son 5 yarışda 27 medal qazandığını, onlardan 11-nin qızıl medal olduğunu diqqətə çatdırıb. O, bu il keçiriləcək Azərbaycan çempionatına titulundan asılı olmayaraq hər bir boksçunun qatılacağını və bundan sonra əsas heyətin formalaşacağını da qeyd edib. Əsas hədəfin Paris-2024 Yay Olimpiya Oyunlarında yüksək nailiyyətlər əldə etmək olduğunu bildirib.ABF prezidenti boksçuların döyüş təcrübələrinin artması üçün daha çox turnirlərə qatılmaları və təlim-məşq toplanışlarının sayının artırılması ilə bağlı da tapşırıqlarını verib.Daha sonra yığmaların baş məşqçilərinin hesabatları dinlənilib. Kişilərdən ibarət millinin əsas çalışdırıcısı Pedro Roke yığmada heyətin böyük əksəriyyətini gənclərin təşkil etməsini böyük perspektiv kimi dəyərləndirib. Kubalı mütəxəssis olimpiya təsnifat turnirlərinin oktyabrdan sonra dəqiqləşəcəyi üçün həmin vaxtdan yarışların təqviminə uyğun proqramla işləyəcəklərini qeyd edib. O millimizin ABŞ və Qazaxıstanda beynəlxalq turnirlərdə ən güclü heyətlə təmsil olunacağını da söyləyib.xeber100.com

 

Həndbol Federasiyası: Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib

Həndbol üzrə Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib. Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, kişilərin yarışında tura “Dinamo” – “Azəryol” görüşü ilə start verilib. “AHF Arena”da keçirilən oyuna favorit qismində çıxan nominal qonaqlar etimadı doğruldublar. “Azəryol”un üstünlüyü ilə yadda qalan qarşılaşma 24:49 hesabı ilə başa çatıb. “Təhsil” – “İdman Akademiyası” matçı daha gərgin mübarizə şəraitində keçib. Fasiləyə 3 topluq üstünlüklə yollanan “Təhsil” qalan vaxtda rəqibin vəziyyəti dəyişməsinə imkan verməyib - 30:28. Maraqlı mübarizə vəd edən “Bakı” – “Kür” görüşündə isə qonaqların qələbəsinə inananlar yanılmayıblar. Yüksək əzmkarlıq nümayiş etdirən Mingəçevir həndbolçuları paytaxtdan uğurlu nəticə ilə dönməyi bacarıblar - 20:26. Qadın həndbolçuların çempionatında 7-ci tur “Bakı” – “Gənclər Birliyi” matçı ilə başlanıb. İlk hissədən təşəbbüsə yiyələnən paytaxtın eyniadlı komandası fasilədən sonrakı üstünlüyünü də tabloda əks etdirib - 35:25. “Kür” komandası da azarkeşlərini sevindirib. Mingəçevirin həndbolçuları növbəti qələbəni “İdman Akademiyası” ilə oyunda rəsmiləşdiriblər - 49:16. Yeddinci tura yanvarın 21-də keçiriləcək “Azəryol” – “Qarabağ” matçı ilə yekun vurulacaq.xeber100.com  

Yanvar 15, 2024 14:10

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Quba – İdman Paytaxtı 2024″ün açılış mərasimi keçirilib

Gənclər və İdman Nazirliyinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Quba - İdman Paytaxtı 2024"ün açılış mərasimi keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra "Quba - İdman Paytaxtı 2024"ün maskotu "Fuji" tamaşaçılara təqdim edilib. Bunun tarixi və əlamətdar hadisə olduğunu deyən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Prezident İlham Əliyevin dəstəyi ilə regionlarda müasir standartlara cavan verən idman komplekslərinin tikildiyini vurğulayıb. Bölgədə 8 mindən artıq gəncin idmanla məşğul olduğunu söyləyən İ. Mahmudov idmançıların yerli və beynəlxalq yarışlarda qazandığı uğurlardan bəhs edib. Gənclər və idman naziri Fərid Qayıbov Quba Olimpiya İdman Kompleksində yaradılan yüksək şəraitdən danışıb. O, kompleksdə müxtəlif idman növləri üzrə təlim-məşq toplanışları və yarışların keçiriləcəyini diqqətə çatdırıb. Gimnastika üzrə Azərbaycan millisinin də hazırda Quba Olimpiya İdman Kompleksində hazırlıq keçdiyi bildirilib. Daha sonra nazir idman paytaxtının rəmzi açarını icra başçısına təhvil verib. Ardınca sambo üzrə dünya və Avropa çempionatlarının mükafatçısı Zaur Paşayev və peşəkar MMA döyüşçüsü, 4 qat dünya çempionu Vüqar Kərəmov çıxış ediblər. Onlar hazırda beynəlxalq arenada Azərbaycanı təmsil edən bütün idmançılara uğurlar arzulayıblar. Tədbir bədii hissə ilə davam edib. Müxtəlif idman növləri üzrə federasiyaların üzvlərinin paradından sonra respublikanın tanınmış incəsənət ustaları və müğənnilərinin iştirakı ilə möhtəşəm konsert proqramı təşkil olunub.xeber100.com

Yanvar 15, 2024 14:02