Azərbaycan Basketbol Federasiyasının məlumatına görə…

11 Avqust 2022 12:20

Xəbər 384 dəfə oxunub

Sentyabrın 9-11-də Avstriyanın Qrats şəhərində baş tutacaq 3×3 basketbol idman növü üzrə Avropa çempionatında milli komandamız “D” qrupunda mübarizə aparacaq.Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, yığmamızın qrupdakı rəqibləri Belçika və Hollandiya komandaları olacaq. Millimiz qrupda hər iki görüşünü sentyabrın 9-da keçirəcək. Yığmamızın ilk görüşü Bakı vaxtı ilə saat 18:45-də Belçika seçməsi, ikinci görüşü isə saat 21:30-da Hollandiya komandası ilə olacaq.Qeyd edək ki, qrupda ilk iki pilləni tutan komandalar 1/4 final mərhələsinə yüksələcək.xeber100.com