Futbol üzrə Misli Premyer Liqasında ikinci turun oyunlarına start veriləcək

12 Avqust 2022 10:33

Xəbər 267 dəfə oxunub

Bu gün futbol üzrə Misli Premyer Liqasında ikinci turun oyunlarına start veriləcək.İkinci turun açılış matçında “Zirə” komandası “Sabah”ı qəbul edəcək. “Dalğa Arena”da oynanılacaq qarşılaşma saat 19:00-da başlayacaq. Görüşün baş hakimi İnqilab Məmmədov olacaq. Bu komandalar arasındakı son altı qarşılaşmada ən azı iki qol qeydə alınıb. “Zirə” son yeddi oyunda meydanı qolsuz tərk etməyib.Tura avqustun 13-14-də keçiriləcək “Sumqayıt”–“Qarabağ”, “Səbail”–“Turan Tovuz”, “Qəbələ”–“Şamaxı” və “Neftçi”–“Kəpəz” görüşləri ilə yekun vurulacaq.Hazırda hərəyə üç xal toplayan “Zirə”, “Sabah”, “Qarabağ”, “Qəbələ” və “Neftçi” turnir cədvəlində birinci-beşinci yerləri bölüşürlər.Qeyd edək ki, cari çempionat altıillik fasilədən sonra 10 komandanın iştirakı ilə keçirilir və Premyer Liqada ilk dəfə VAR sistemindən istifadə olunur.xeber100.com