Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunları davam edir

15 Avqust 2022 17:25

Xəbər 261 dəfə oxunub

Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunları davam edir.Avqustun 15-də Azərbaycan təmsilçiləri 9 idman növündə güclərini sınayacaqlar.Belə ki, stend atıcılığı üzrə Regina Meftahətdinova, Fuad Qurbanov, Cavid Həsənov, Niyaz Ağazadə, Nurlanə Cəfərova və Sevda Nəcəfova güclərini sınayacaqlar.Qılıncoynatma üzrə isə təmsilçilərimiz komanda (sablya) yarışında iştirak edəcəklər. Həmçinin şpaqa üzrə Ruslan Həsənov, Barat Quliyev, Kənan Əliyev, kamandan oxatma üzrə Yaylagül Ramazanova, Svetlana Simonova, Nəzrin Zamanova, Aleksey Kopnin, Zaur Qəhrəmanov və Məhəmmədəli Əliyev mübarizə aparacaqlar.Komanda idman növlərindən voleybol üzrə 3-cü yer uğrunda kişilər Türkiyə, qadınlar Kamerun yığmaları ilə qarşılaşacaqlar. Basketbol 3X3 növündə isə Azərbaycan Mərakeş və Qabon komandaları ilə üz-üzə gələcəklər.Bu gün, həmçinin cüdoçularımız mübarizəyə qoşulurlar. Belə ki, yarışda Balabəy Ağayev (60 kq), İbrahim Əliyev (66 kq), Nəriman Mirzəyev, Telman Vəliyev (hər ikisi 73 kq), Leyla Əliyeva, Könül Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva (52 kq), Səbinə Əliyeva (57 kq) və Nərgiz Hacıyeva (63 kq) medal qazanmağa çalışacaqlar.Para-stolüstü tennis üzə təmsilçilərimiz komanda (qarışıq) yarışında iştirak edəcəklər.Üzgüçülük üzrə isə Vəli İsrafilov (100 metr brass üsulu ilə üzmə), Rəşad Əlquliyev (400 metr qarışıq üsulla üzmə), İlahə Raciyeva (200 metr batterflay üsulu ilə üzmə), Fatimə Alkərəmova (100 metr sərbəst üsulla üzmə), Ayan Kələntərova (100 metr brass üsulu ilə üzmə) gücünü sınayacaq.Daha bir növdə – ağırlıqqaldırma üzrə də atletlərimiz bu gün mübarizə aparacaqlar. Belə ki, Dadaş Dadaşbəyli (102 kq), Əli Şükürlü (109 kq) körpücük üzərinə çıxacaqlar.Qeyd edək ki, avqustun 14-də Azərbaycan komandasının üzvlərindən qılıncoynatma üzrə təmsilçilərimiz Polina Kaspiroviç gümüş, Valeriya Bolşakova və Səbinə Kərimova isə bürünc medal qazanıblar.Bədii gimnastika üzrə Zöhrə Ağamirova lentlərlə və gürzlə hərəkətlərdə qızıl, halqa ilə hərəkətlərdə gümüş, top ilə hərəkətlərdə isə bürünc medala sahib olub.Ölkəmizi gimnastika idman növü üzrə təmsil edən Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokinadan ibarət bədii gimnastika üzə qrup hərəkətləri komandamız 3 lent və 2 topla qızıl, 5 halqa hərəkətləri ilə isə gümüş, aerobika gimnastikası üzrə Vladimir Dolmatov qızıl, Mədinə Mustafayeva gümüş medal qazanıblar.Üzgüçümüz Məryəm Şeyxəlizadəxangah 50 metr məsafəyə batterflay üsulla üzmə yarışlarında gümüş medala yiyələnib.Qadınlardan ibarət 3×3 basketbol komandamız 14:12 hesabı ilə Türkiyə millisinə, kişilərdən ibarət 3×3 basketbol komandamız isə Qırğızıstan millisinə 21:4 hesabı ilə qalib gəliblər.Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarının 10-cu yarış günündən sonra Azərbaycanın aktivindəki medalların sayı 58-ə çatıb. Onlardan 18-i qızıl, 22-i gümüş, 18-i bürüncdür.Bu nəticə ilə Azərbaycan iştirakçı ölkələrin ümumi sıralamasında 4-cü pillədə qərarlaşıb.xeber100.com

Həndbol Federasiyası: Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib

Həndbol üzrə Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib. Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, kişilərin yarışında tura “Dinamo” – “Azəryol” görüşü ilə start verilib. “AHF Arena”da keçirilən oyuna favorit qismində çıxan nominal qonaqlar etimadı doğruldublar. “Azəryol”un üstünlüyü ilə yadda qalan qarşılaşma 24:49 hesabı ilə başa çatıb. “Təhsil” – “İdman Akademiyası” matçı daha gərgin mübarizə şəraitində keçib. Fasiləyə 3 topluq üstünlüklə yollanan “Təhsil” qalan vaxtda rəqibin vəziyyəti dəyişməsinə imkan verməyib - 30:28. Maraqlı mübarizə vəd edən “Bakı” – “Kür” görüşündə isə qonaqların qələbəsinə inananlar yanılmayıblar. Yüksək əzmkarlıq nümayiş etdirən Mingəçevir həndbolçuları paytaxtdan uğurlu nəticə ilə dönməyi bacarıblar - 20:26. Qadın həndbolçuların çempionatında 7-ci tur “Bakı” – “Gənclər Birliyi” matçı ilə başlanıb. İlk hissədən təşəbbüsə yiyələnən paytaxtın eyniadlı komandası fasilədən sonrakı üstünlüyünü də tabloda əks etdirib - 35:25. “Kür” komandası da azarkeşlərini sevindirib. Mingəçevirin həndbolçuları növbəti qələbəni “İdman Akademiyası” ilə oyunda rəsmiləşdiriblər - 49:16. Yeddinci tura yanvarın 21-də keçiriləcək “Azəryol” – “Qarabağ” matçı ilə yekun vurulacaq.xeber100.com  

Yanvar 15, 2024 14:10

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Quba – İdman Paytaxtı 2024″ün açılış mərasimi keçirilib

Gənclər və İdman Nazirliyinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Quba - İdman Paytaxtı 2024"ün açılış mərasimi keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra "Quba - İdman Paytaxtı 2024"ün maskotu "Fuji" tamaşaçılara təqdim edilib. Bunun tarixi və əlamətdar hadisə olduğunu deyən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Prezident İlham Əliyevin dəstəyi ilə regionlarda müasir standartlara cavan verən idman komplekslərinin tikildiyini vurğulayıb. Bölgədə 8 mindən artıq gəncin idmanla məşğul olduğunu söyləyən İ. Mahmudov idmançıların yerli və beynəlxalq yarışlarda qazandığı uğurlardan bəhs edib. Gənclər və idman naziri Fərid Qayıbov Quba Olimpiya İdman Kompleksində yaradılan yüksək şəraitdən danışıb. O, kompleksdə müxtəlif idman növləri üzrə təlim-məşq toplanışları və yarışların keçiriləcəyini diqqətə çatdırıb. Gimnastika üzrə Azərbaycan millisinin də hazırda Quba Olimpiya İdman Kompleksində hazırlıq keçdiyi bildirilib. Daha sonra nazir idman paytaxtının rəmzi açarını icra başçısına təhvil verib. Ardınca sambo üzrə dünya və Avropa çempionatlarının mükafatçısı Zaur Paşayev və peşəkar MMA döyüşçüsü, 4 qat dünya çempionu Vüqar Kərəmov çıxış ediblər. Onlar hazırda beynəlxalq arenada Azərbaycanı təmsil edən bütün idmançılara uğurlar arzulayıblar. Tədbir bədii hissə ilə davam edib. Müxtəlif idman növləri üzrə federasiyaların üzvlərinin paradından sonra respublikanın tanınmış incəsənət ustaları və müğənnilərinin iştirakı ilə möhtəşəm konsert proqramı təşkil olunub.xeber100.com

Yanvar 15, 2024 14:02