Azərbaycanda cüdonun 50 illiyi münasibətilə keçirilən tədbirlər çərçivəsində Zaqatala şəhərində cüdo üzrə ustad dərsi təşkil edilib.Azərbaycan Cüdo Federasiyasının (ACF) mətbuat xidmətindən bildiriblər ki, ACF və Zaqatala Rayonu Gənclər və İdman İdarəsinin birgə təşkil etdiyi tədbirdə Zaqataladan olan cüdoçularla yanaşı Şəki, Qəbələ, Qax, Balakən rayonlarından gələn idmançılar da iştirak ediblər.Böyük marağa səbəb olan tədbiri giriş sözü ilə açan ACF prezidentinin müşaviri Natiq Bağırov bildirib ki, Azərbaycanda cüdonun kütləviləşdirilməsi ilə gənc nəslin fiziki və mənəvi sağlamlığına töhfə vermək federasiyanın əsas məqsədlərindən biridir. Eyni zamanda N.Bağırov Azərbaycanda cüdonun inkişafına xüsusi diqqət yetirildiyini qeyd edib və bölgələrdə, o cümlədən Zaqatala rayonunda ACF tərəfindən cüdo idman növü üzrə maddi-texniki bazanın inkişaf etdirilməsi ilə bağlı planlaşdırılan işlər barədə məlumat verib.Daha sonra ustad dərsi çərçivəsində dünya mükafatçısı Natiq Bağırov və V İslam Həmrəyliyi Oyunlarının komanda yarışlarının qızıl medalçısı İbrahim Əliyev müxtəlif cüdo fəndlərinin yerinə yetirilməsini yeniyetmə və gənc cüdoçulara, həmçinin Zaqatala şəhərinin sakinlərinə nümayiş etdiriblər. Tədbirdə cüdonun fəlsəfəsi, mahiyyəti və kəmər bağlamaq qaydaları haqqında geniş məlumat verilib. Praktik cüdo fəndlərinə maraq göstərən Zaqatala sakinləri, uşaqlar və yeniyetmələr tatamiyə dəvət ediliblər və onlar müxtəlif fəndləri yerinə yetirməyə çalışıblar.Tədbir zamanı iştirakçılar üçün viktorinalar təşkil olunub, cüdo idman növü üzrə müxtəlif suallar verilib və düzgün cavab verən şəxslərə hədiyyələr təqdim olunub.Xatırladaq ki, bundan əvvəl Azərbaycan Cüdo Federasiyası ölkəmizdə cüdonun 50 illiyi ilə bağlı keçirilən tədbirlər çərçivəsində Gəncə şəhərində də ustad dərsi təşkil edib. Yaxın gələcəkdə ölkəmizin digər şəhər və regionlarında da analoji tədbirlərin həyata keçirilməsi planlaşdırılır.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…