“Kəpəz” futbol klubu tarixinin ən uğursuz startına imza atıb

29 Avqust 2022 09:43

Xəbər 377 dəfə oxunub

Gəncənin “Kəpəz” futbol klubu tarixinin ən uğursuz startına imza atıb.Peşəkar Futbol Liqası xəbər verir ki, Gəncə təmsilçisi Azərbaycan Premyer Liqasının ilk 4 turunda xal toplamayıb.Gəncə təmsilçisi 2012/2013-cü il mövsümündə də startda ardıcıl 4 məğlubiyyət alıb. Lakin həmin vaxt top fərqi indiki ilə müqayisədə daha yaxşı olub.On il əvvəl startda 2 qol vuran və 11-ni buraxan “Kəpəz”də fərq “-9”a bərabər olub. Bu dəfə komandanın aktivində 4 qol varsa, rəqiblər 14 dəfə fərqlənib. Yəni fərq “-10”dur.xeber100.com