Futbol üzrə Misli Premyer Liqasının IV turuna yekun vurulub

29 Avqust 2022 09:47

Xəbər 443 dəfə oxunub

Futbol üzrə Misli Premyer Liqasının IV turuna yekun vurulub.Turun son matçında “Qəbələ” “Sabah”ı qəbul edib. Qəbələ şəhər stadionunda keçirilən qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.Matçda qolları Davit Volkov və (48) və Coy Lens Mikels (64) vurublar.Bu nəticədən sonra xallarını 12-yə çatdıran “Sabah” vahid lider olub. “Qəbələ” isə 9 xalla 3-cü pillədə qərarlaşıb.Qeyd edək ki, turun ilk 3 oyununda “Neftçi” “Zirə”ni 2:1, “Səbail” “Kəpəz”i 4:1, “Qarabağ” “Şamaxı”nı 4:0 hesabı ilə məğlub edib. “Sumqayıt” – “Turan Tovuz” matçı isə qolsuz heç-heçə ilə yekunlaşıb.xeber100.com