UEFA Avropa Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində

15 Sentyabr 2022 14:21

Xəbər 373 dəfə oxunub

UEFA Avropa Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində keçirilən “Qarabağ” – “Nant” oyununda üçüncü qol vurulub.Ağdam təmsilçisi hesab arasındakı fərqi üç topa çatdırıb – 3:0. Azərbaycan çempionunun heyətində matçın 72-ci dəqiqədə Marko Yankoviç fərqlənib.“Qarabağ”ın digər qollarını isə Kvabena Ovusu və Abdullah Zubir vurublar.G qrupunun digər matçında Yunanıstanın “Olimpiakos” klubu “Frayburq”u (Almaniya) qəbul edir. Hazırda Almaniya klubu 3:0 hesabı ilə öndədir.Qeyd edək ki, “Nant” ilk turda “Olimpiakos”u məğlub edib – 2:1. “Qarabağ” isə Almaniyada “Frayburq”a eyni hesabla uduzub.xeber100.com