Cüdoçular arasında qarışıq komanda yarışı keçiriləcək

17 Sentyabr 2022 10:30

Xəbər 389 dəfə oxunub

Çexiyanın paytaxtı Praqada təşkil olunan gənc cüdoçular arasında Avropa çempionatında sentyabrın 18-də qarışıq komanda yarışı keçiriləcək.Azərbaycan yığması mübarizəyə təsnifat mərhələsindən başlayacaq. Millimizin ilk rəqibi Avstriya yığması olacaq. Görüşün qalibi dörddəbir finalda Gürcüstan millisi ilə qarşılaşacaq.Komanda yarışında ümumilikdə 12 komanda iştirak edəcək.xeber100.com