Azərbaycan Həndbol Federasiyasının məlumatına görə…

14 Noyabr 2022 18:20

Xəbər 334 dəfə oxunub

Həndbol üzrə Azərbaycan çempionatı davam edir. Kişilərin mübarizəsində ikinci turun görüşləri keçirilib.Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, növbəti oyun günündə meydançaya əvvəlcə “Bakı” və “Məhsul” komandaları çıxıblar. Rəqiblərin ilk turdakı oyunu “Məhsul”un 29:28 hesablı qələbəsi ilə nəticələnib.Azarkeşləri önünə revanş hissi ilə çıxan son çempion çox çalışsa da, istəyini reallaşdıra bilməyib. Baxmayaraq ki, ilk hissə 14:9 hesabı ilə “Bakı”nın xeyrinə başa çatıb. Amma, fasilədən sonra yüksək əzmkarlıq göstərən “Məhsul” hesabda tarazlıq yaratmağı bacarıb – 21:21.Qalibi müəyyələşdirən penaltilər seriyasında isə zərbələri daha dəqiq yerinə yetirən “Məhsul” komandası çempion üzərində ardıcıl ikinci qələbəsini rəsmiləşdirib – 25:24.Günün digər oyunlarında “İdman Akademiyası” kollektivi RİOEUGİM komandasına 34:30 hesabı ilə qalib gəlib.“U-16”–“Təhsil” görüşü isə 22:46 hesabı ilə başa çatıb.xeber100.com