Kişi şahmatçılardan ibarət Azərbaycan yığmasının İsraildə təşkil olunan komandalararası dünya çempionatında mübarizəsi davam edir.Çempionatın ikinci yarış günündə Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Aydın Süleymanlı, Qədir Hüseynov və Vüqar Əsədlidən ibarət Azərbaycan komandası Hindistana 1,5:2,5 hesabı ilə məğlub olub, Polşa ilə isə heç-heçə edib.Qeyd edək ki, dörd turun nəticəsinə görə, “B” qrupunda Özbəkistan 6, Azərbaycan 5, Hindistan, İsrail hərəyə 4, Polşa və ABŞ komandaları 3 xala malikdirlər.Turnirdə ümumilikdə 12 komanda mübarizə aparır. Yığmalar hərəsində altı komanda olmaqla iki qrupa bölünüb. Azərbaycan Hindistan, İsrail, Polşa, ABŞ, Özbəkistanın yer aldığı “B” qrupunda mübarizə aparır. “A” qrupunda isə Çin, Fransa, Niderland, CAR, İspaniya, Ukrayna komandaları yer alıblar. Bir dövrəli sistem üzrə keçiriləcək beş turluq mübarizənin sonunda, qrupda ilk dörd yeri tutmuş komandalar yarışın dörddəbir final mərhələsinə vəsiqə qazanacaqlar.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…