Badmintonla bağlı “Shuttle Time Azerbaijan 2022” layihəsinə start verilib.Azərbaycan Badminton Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, layihənin ilk ünvanı Naxçıvan Muxtar Respublikası olub.İki gün ərzində keçirilən layihədə 80 nəfər məktəbli həyatında ilk dəfə badmintonla tanış olub. Beynəlxalq sertifikatlı məşqçilər heyəti tərəfindən iştirakçılara badminton haqqında məlumat verilib, praktiki məşğələlər keçirilib.İnteraktiv və əyləncəli badminton oyunları şagirdlər tərəfindən böyük maraqla qarşılanıb.Tədbirin sonunda iştirakçılara badminton ləvazimatları hədiyyə olunub.Qax, Şamaxı, Tovuz və Sabirabad rayonlarında da reallaşdırılacaq layihə Dünya Badminton Federasiyası, Avropa Badminton Konfederasiyası, Azərbaycan Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə icra edilir.Qeyd edək ki, bu günədək layihə Bakı, Sumqayıt, Qusar, Lənkəran və Gəncə şəhərlərində 400-dən çox müəllim və 400-dən çox şagirdin iştirakı ilə həyata keçirilib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…