Qətərdə təşkil olunan futbol üzrə dünya çempionatının qrup mərhələsində bu gün üçüncü tura start veriləcək.İlk olaraq A və B qruplarında mübarizə baş tutacaq.A qrupu çərçivəsində Ekvador-Seneqal və Niderland-Qətər oyunları keçiriləcək. “Xəlifə” stadionunda oynanılacaq Ekvador-Seneqal matçını fransalı Kleman Türpen idarə edəcək. “Əl Beyt” stadionunda keçiriləcək digər matç isə Bakari Qassamaya (Qambiya) həvalə olunub. Hər iki oyun Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.Hesabında 4 xal olan Niderland və Ekvador yığmaları qrupda ilk iki pillədə yer alıblar. Seneqal seçməsi 3 xalla üçüncü, hələ xal qazana bilməyən Qətər isə sonuncudur.B qrupu çərçivəsində isə İran-ABŞ və Uels-İngiltərə matçları oynanılacaq. Hər iki oyuna saat 23:00-da start veriləcək. İran-ABŞ qarşılaşması “Al Tumama”, Uels-İngiltərə görüşü isə “Əhməd ibn Əli” stadionunda keçiriləcək.Qrupa 4 xalla İngiltərə millisi başçılıq edir. Hesabında 3 xal olan İran ikinci, 2 xalla ABŞ üçüncü, 1 xalı olan Uels isə sonuncudur.Qeyd edək ki, daha əvvəl Fransa, Braziliya və Portuqaliya yığmaları pley-off mərhələsinə vəsiqəni təmin ediblər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…