Qazaxıstanın Aktau şəhərində MDB dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının 75-ci iclası keçirilib.Tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırovun rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib.Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib ki, iclasda əqli mülkiyyət hüquqlarının pozulmasının tətbiq edildiyi mallara münasibətdə məlumat mübadiləsinin reqlamenti ilə bağlı müzakirələrdə Şahin Bağırov xüsusilə, gömrük orqanları tərəfindən coğrafi göstəricilərin və əmtəə nişanlarının yanlış göstərilməsi hallarına qarşı mübarizənin gücləndirilməsinin və bu məsələnin davamlı diqqətdə saxlanılmasının vacibliyini vurğulayıb. Belə ki, artan ticarət dövriyyəsi zamanı bu cür yanlış göstəriciləri olan malların dövriyyəyə buraxılmasına qarşı əvvəlcədən gömrük orqanları tərəfindən aidiyyəti tədbirlər həyata keçirilməlidir.xeber100.com
Qeyd edilib ki, nəqliyyat vasitələrinin gömrük plombları altında daşınmasının xüsusi texniki qaydaları mövcud olduğundan bu sahədə də zəruri işlər görülməlidir. Bu məsələlər beynəlxalq konvensiyalardan irəli gələrək nəqliyyat vasitələrinin qoşqu hissələrinə hər hansı kənar predmetlərin yerləşdirilməsi hallarının qarşısının alınmasında xüsusi önəm daşıyır.İclasda, həmçinin gömrük məsələləri ilə bağlı bir sıra müzakirələr də aparılıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…