Azərbaycan kuboku yarışında dörddəbir final mərhələsinə start verilib

8 Dekabr 2022 18:19

Xəbər 632 dəfə oxunub

Bu gün futbol üzrə Azərbaycan kuboku yarışında dörddəbir final mərhələsinə start verilib.Günün ilk oyununda “Zirə” klubu “Neftçi”ni qəbul edib.Qarşılıqlı hücumlar şəraitində keçən oyunda “Zirə” minimal hesablı qələbə qazanıb – 1:0. “Zirə”nin heyətində 54-cü dəqiqədə Rəhim Sadıxov fərqlənib.Komandalar arasında cavab matçı dekabrın 20-sində olacaq.xeber100.com