Azərbaycan Basketbol Liqasının 9-cu turuna yekun vurulub

11 Dekabr 2022 19:02

Xəbər 423 dəfə oxunub

Dekabrın 11-də Sərhədçi İdman Mərkəzində, “Gəncə BK” və “Zirvə Astara BK” komandalarının arasında keçirilən oyun ilə Azərbaycan Basketbol Liqasının (ABL) 9-cu turuna yekun vurulub. İki region komandasının üz-üzə gəldiyi qarşılaşmada “Gəncə BK” 98-85 hesablı qələbə qazanaraq, turnir cədvəlinin ilk pilləsindəki mövqeyini daha da möhkəmləndirib.Ən məhsuldar basketbolçular: “Gəncə BK” (Ceylon Perri – 29 xal, 5 ribaund), “Zirvə Astara BK” (Ruşard Kruikşenk – 25 xal, 9 ribaund).Qeyd edək ki, 10-cu turun oyunları dekabrın 14, 17 və 18-də keçiriləcək.xeber100.com