Futbol üzrə Fransa millisi Qətərdə keçirilən dünya çempionatının sonuncu yarımfinalçısı olub.Fransa millisi “Əl Beyt” stadionunda turnirin dörddəbir final mərhələsi çərçivəsində İngiltərə seçməsi ilə qarşılaşıb.Matçın 17-ci dəqiqəsində fransalı futbolçu Orelyen Çuameni hesabı açıb. İlk hissə Fransa seçməsinin minimal üstünlüyü ilə yekunlaşıb.Qarşılaşmanın 54-cü dəqiqəsində Fransa millisinin qapısına təyin olunmuş penaltini dəqiq yerinə yetirən ingiltərəli Harri Keyn hesabı bərabərləşdirib. Oyunun 78-ci dəqiqəsində Olivye Jiru Fransa millisini hesabda önə keçirib. Komandaların cəhdlərinə baxmayaraq matçın sonunadək hesab dəyişməyib.Fransa millisi 2:1 hesablı qələbə qazanaraq dünya çempionatının sonuncu yarımfinalçısı olub.Beləliklə, dünya çempionatında dörddəbir final mərhələsinə yekun vurulub. Digər dörddəbir final mərhələsinin oyunlarında Xorvatiya Braziliyanı, Argentina Niderlandı, Mərakeş isə Portuqaliyanı məğlub edərək yarımfinala yüksəliblər. Növbəti mərhələdə Xorvatiya-Argentina və Mərakeş–Fransa matçları oynanılacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…