Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası reytinq cədvəlini açıqlayıb

12 Dekabr 2022 09:54

Xəbər 402 dəfə oxunub

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni reytinq cədvəlini açıqlayıb.300 komandanın yer aldığı siyahıya Azərbaycandan yalnız “Qarabağ” klubu düşüb.Hesabında 137 xal olan Ağdam təmsilçisi 2 pillə geriləyərək 85-ci olub. Ağdam təmsilçisinin UEFA Konfrans Liqasının pley-off mərhələsində rəqibi olan Belçikanın “Gent” klubu 140 xalla 84-cü pillədə qərarlaşıb.Reytinq cədvəlinə 305 xalla Braziliyanın “Flamenqo” komandası başçılıq edir. “Liverpul” (İngiltərə) 297 xalla ikinci, Braziliyanın “Palmeyras” komandası 294 xalla ilk üçlüyü tamamlayıblar.xeber100.com