Argentina – Fransa matçına hakim təyinatları açıqlanıb

16 Dekabr 2022 10:38

Xəbər 386 dəfə oxunub

Qətərdə təşkil olunan dünya çempionatının finalında keçiriləcək Argentina – Fransa matçına hakim təyinatları açıqlanıb. Həlledici oyun polşalı FIFA referisi Şimon Marçinyaka həvalə olunub. Ona həmyerliləri Pavel Sokolnitski və Tomaş Listkeviç kömək edəcəklər. Dördüncü hakim funksiyasını ABŞ-dan olan İsmail Elfat yerinə yetirəcək.Qeyd edək ki, dekabrın 18-də oynanılacaq Argentina – Fransa matçı Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.xeber100.com