“Mançester Siti”nin hücumçusu bu mövsüm 21 qol vurub

1 Yanvar 2023 14:32

Xəbər 310 dəfə oxunub

“Mançester Siti”nin hücumçusu Erlinq Holann İngiltərə Premyer Liqasında bu mövsüm 21 qol vurub.  Norveçli forvard 18 matçda bu saya çatıb. O, bu göstəricidə turnir tarixində yeni rekord müəyyənləşdirib. İyirmi iki yaşlı hücumçu Premyer Liqada bir mövsümdə təqvim ilinin sonunadək 21 qol vurmağı bacaran ilk oyunçu olub.xeber100.com