“Relevant Tennis”: “Nike” bir sıra məşhur tennisçi ilə əməkdaşlığı dayandırıb

5 Yanvar 2023 15:03

Xəbər 345 dəfə oxunub

İdman brendi “Nike” bir sıra məşhur tennisçi ilə əməkdaşlığı dayandırıb. Bu barədə “Relevant Tennis” məlumat yayıb.

Məşhur şirkət ABŞ idmançısı Sloane Stevens (WTA reytinqində 37-ci), xorvat Donna Vekiç (67-ci), çex Marketa Vondrouşova (92-ci), ukraynalı Marta Kostyuk (69-cu) və rusiyalı Andrey Rublev (ATP reytinqində 8-ci) ilə əməkdaşlığa son qoyub.

Bildirilib ki, əməkdaşlıq üçün bundan sonra dünya reytinqinin nəticəsi və turnirlərdəki uğurla performans nəzərə alınacaq.xeber100.com