“Səbail” futbol klubu Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində

8 Yanvar 2023 11:15

Xəbər 363 dəfə oxunub

Bakının “Səbail” futbol klubu bu gün Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama matçına çıxıb. Paytaxt təmsilçisi Polşanın “Legiya” (Varşava) komandası ilə qarşılaşıb. Görüş 2:2 hesabı ilə başa çatıb. “Səbail”in qollarını Qustavo və Mirabdulla Abbasov vurublar.

Qeyd edək ki, “Səbail” hazırlıq prosesi çərçivəsində daha 2 yoxlama oyunu keçirəcək. Komanda yanvarın 12-də “Bohemians” (Çexiya), 16-da isə “Spartak”la (Serbiya) qarşılaşacaq.xeber100.com