“Qarabağ” futbol klubu heyətini daha bir futbolçu ilə gücləndirə bilər

10 Yanvar 2023 13:49

Xəbər 407 dəfə oxunub

Ağdamın “Qarabağ” klubu heyətini daha bir futbolçu ilə gücləndirə bilər. Ağdam təmsilçisi Belçikanın “Beveren” klubunun yarımmüdafiəçisi Lukas Ribeyrunu transfer etmək istəyir.

“Qarabağ”ın braziliyalı oyunçu üçün rəsmi təklif göndərdiyi bildirilib. Rusiyanın iki klubunun da Ribeyru ilə maraqlandığı, ancaq oyunçunu Ağdam təmsilçisinin təklifinin cəlb etdiyi vurğulanıb.

Qeyd edək ki, son Azərbaycan çempionunun fransalı vinger Aama Diakabi ilə yaxın günlərdə müqavilə imzalayacağı gözlənilir.xeber100.com