Futbol üzrə İspaniya Superkubokunun ilk yarımfinal matçı oynanılıb

12 Yanvar 2023 13:26

Xəbər 237 dəfə oxunub

Yanvarın 11-də futbol üzrə İspaniya Superkubokunun ilk yarımfinal matçı oynanılıb. Səudiyyə Ərəbistanının paytaxtı Riyad şəhərindəki “King Fahd International Stadium” arenasında keçirilən oyunda Madridin “Real” və “Valensiya” klubları qarşılaşıblar. Görüşün əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. “Real”ın heyətində on bir metrlik cərimə zərbəsindən Benzema (39), “Valensiya”nın heyətində isə Lino (46) fərqləniblər.

Oyun heç-heçə başa çatdığından matçda əlavə vaxt oynanılıb. Lakin əlavə vaxtda da qapılara qol vurulmayıb və qalibi müəyyən etmək üçün penaltilər yerinə yetirilib. Burada daha dəqiq olan “Real” futbolçuları İspaniya Superkubokunun ilk finalçısı olublar.xeber100.com