Həndbolçulardan ibarət Böyük Britaniya millisi növbəti qələbəsini qazanıb

15 Yanvar 2023 13:18

Xəbər 308 dəfə oxunub

Kişi həndbolçulardan ibarət Böyük Britaniya millisi Bakıda növbəti qələbəsini qazanıb. Komanda 2026-cı ildə keçiriləcək Avropa çempionatının təsnifat turnirində Malta millisi ilə qarşılaşıb. Bakı İdman Sarayında təşkil olunan matçda Böyük Britaniya millisi rəqibini 44:14 hesabı ilə məğlub edib.

Qeyd edək ki, britaniyalılar ilk oyunda Kipr seçməsi ilə heç-heçə ediblər – 25:25. İkinci turda komanda Azərbaycan millisini 39:22 hesabı ilə məğlub edib.

Təsnifat turnirinə saat 15:00-da start götürəcək Azərbaycan–Kipr oyunu ilə yekun vurulacaq.xeber100.com