“Qəbələ” futbol klubu bu gün növbəti yoxlama oyununu keçirəcək

14 Yanvar 2023 13:54

Xəbər 399 dəfə oxunub

Mövsümün ikinci yarısına Türkiyədə hazırlaşan “Qəbələ” futbol klubu bu gün növbəti yoxlama oyununu keçirəcək.

Elmar Baxşıyevin baş məşqçisi olduğu komanda Almaniyanın “Lukenvalde” klubu ilə üz-üzə gələcək. Əsası 1963-cü ildə qoyulan bu komanda Şimal-Şərq regional liqasında çıxış edir. Rəqib ötən mövsümü 12-ci yerdə başa vurub.

Xatırladaq ki, yanvarın 12-də Rumıniyanın “Sepsi” klubu ilə məhsuldar heç-heçə (2:2) edən “Qəbələ” Antalyadakı sonuncu görüşündə Çexiya təmsilçisi “Teplitse” ilə qarşılaşacaq. Matç ayın 16-da baş tutacaq.xeber100.com