“Zirə” futbol klubu bu gün növbəti yoxlama oyununu keçirib

17 Yanvar 2023 14:11

Xəbər 331 dəfə oxunub

Antalyada təlim-məşq toplanışını davam etdirən Bakının “Zirə” klubu bu gün növbəti yoxlama oyununu keçirib. Paytaxt təmsilçisi Macarıstanın İkinci Liqasında mübarizə aparan “Szeged-Csanad” kollektivi ilə qarşılaşıb. Oyun rəqibin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. “Zirə”nin matçda yeganə qolunu 34-cü dəqiqədə Toni Qomes vurub.

Baş məşqçi Rəşad Sadıqovun komandası bu gün daha 1 yoxlama oyununa çıxacaq. Komandanın ikinci matçda rəqibi Serbiya Super Liqa təmsilçisi “Radniçki” olacaq. Oyun saat 16:30-da start götürəcək.

Qeyd edək ki, “Zirə” Antalyadakı ilk yoxlama görüşündə Rumıniyanın “Çindia” komandasına qalib gəlib – 3:2.xeber100.com