“Qarabağ” klubu UEFA Konfrans Liqasının pley-off mərhələsində

17 Yanvar 2023 14:13

Xəbər 321 dəfə oxunub

Ağdamın “Qarabağ” klubunun UEFA Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi Belçikanın “Gent” komandası heyətinə yeni futbolçu cəlb edib. Klubun rəsmi saytı xəbər verir ki, 23 yaşlı müdafiəçi Kamil Pyatkovski Avstriya təmsilçisi “Zalsburq”dan icarəyə götürülüb. 2021-ci ildən Polşa millisinə çağırılan mərkəz müdafiəçisi mövsümün sonunadək icarə əsasında “Gent”in formasını geyinəcək.

Qeyd edək ki, “Qarabağ”la “Gent” komandaları fevralın 16-da və 23-də qarşılaşacaqlar. İlk oyun Bakıda, cavab matçı isə Gentdə baş tutacaq.xeber100.com