Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının açıqlaması

17 Yanvar 2023 14:16

Xəbər 323 dəfə oxunub

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası Afrikada 2022-ci ilin rəmzi komandasını açıqlayıb. Federasiyanın saytı  xəbər verir ki, rəmzi komanda 4-3-3 sisteminə uyğun olaraq aşağıdakı kimi tərtib olunub:

Qapıçı – Yassin Bunu (Mərakeş),

Müdafiəçilər – Əşrəf Hakimi, Romain Saiss (hər ikisi Mərakeş), Xalidu Kulibali (Seneqal), Ali Malul (Tunis),

Yarımmüdafiəçilər – Sofyan Amrabat, Azzedin Unahi (hər ikisi Mərakeş), Məhəmməd Kudus (Qana),

Hücumçular – Məhəmməd Salah (Misir), Vensan Abubakar (Kamerun), Sadio Mane (Seneqal).xeber100.com