Avropa Voleybol Konfederasiyası azərbaycanlı hakimə təyinat göndərib

16 Yanvar 2023 14:20

Xəbər 311 dəfə oxunub

Avropa Voleybol Konfederasiyası (CEV) azərbaycanlı hakimə təyinat göndərib.

Azərbaycan Voleybol Federasiyası xəbər verir ki, beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov yanvarın 18-də Türkiyənin İstanbul şəhərində keçiriləcək qadın voleybolçular arasında Çempionlar Liqasının D qrupunun matçını idarə edəcək.

E.Zülfüqarov “Burhan Felek” voleybol salonunda baş tutacaq “Fənərbağça Opet” (Türkiyə) – “Allianz MTV Ştutqart” (Almaniya) klublarının qarşılaşmasında baş hakim olacaq. Oyunda ikinci hakim funksiyasını rumıniyalı Pol Katalin Şabo-Aleksi yerinə yetirəcək.xeber100.com